• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Co Bayden Rişi Sunakı ABŞ-a dəvət etdi

DÜNYA

14 Mart 2023 | 12:17

Co Bayden Rişi Sunakı ABŞ-a dəvət etdi

ABŞ Prezidenti Co Bayden Böyük Britaniya Baş naziri Rişi Sunakı Vaşinqtona dəvət edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin Ofisinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Prezident Bayden və Baş nazir Sunak AUKUS-un iclası çərçivəsində görüş zamanı Böyük Britaniya və ABŞ arasında güclü, davamlı iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini müzakirə ediblər. Prezident Bayden söhbəti davam etdirmək üçün Baş naziri iyun ayında Vaşinqtona səfərə dəvət edib.

Sunak isə Prezident Baydeni apreldə "Good Friday" sazişinin 25-ci ildönümünü qeyd etmək üçün Şimali İrlandiyaya dəvət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026