“Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərinin tarixi hələ təyin edilməyib”.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
Peskov bu mövzu ilə bağlı daha əvvəlki açıqlamasında jurnalistləri tələsməyərək rəsmi məlumatı gözləməyi tövsiyə edib.
Xatırladaq ki, Çin sədri Si Cinpin martda Rusiyaya səfəri zamanı V.Putini Çinə rəsmi səfərə dəvət edib.
















