• Bakı 20° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Nyu-Yorkda "siçovul meneceri" də oldu

DÜNYA

13 Aprel 2023 | 12:07

Nyu-Yorkda "siçovul meneceri" də oldu

Nyu-Yorkda siçovulların sayının artmasına qarşı mübarizə tədbirləri güclənir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, vəziyyət o həddə çatıb ki,  ştatda siçovullarla mübarizəyə cavabdeh olan menecer təyin edilib.

Rəsmi vəzifəsi "şəhər miqyasında gəmiricilərin azaldılması meneceri" olan Ketlin Korradi təyinatla bağlı verdiyi açıqlamada "Məni daha çox, siçovulları daha az görəcəksiniz. Şəhərdə yeni bir şerif var" deyib.

Məlumatlara görə, son illər Nyu-Yorkda siçanların sayı artıb. Şəhərdə siçan populyasiyası bilinməsə də, 2014-cü ildə aparılan araşdırmada bu rəqəmin 2 milyon olduğu bildirilir.

Nyu York meri siçovulları “1 nömrəli düşmən” kimi təsvir edir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR