• Bakı 26° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bu ərazidə vulkan püskürdü - Əhaliyə XƏBƏRDARLIQ

DÜNYA

13 May 2023 | 11:38

Bu ərazidə vulkan püskürdü - Əhaliyə XƏBƏRDARLIQ

Meksikada Popokatepetl vulkanında şiddətli püskürmələr baş verib. Vulkanın püskürtdüyü kül yaşayış məntəqələrindəki evlərə düşüb. 

Bakıvaxtı.az xəbər verir ki, Meksika Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzinin (CENAPRED) dərc etdiyi gündəlik fəaliyyət hesabatına görə, son 24 saat ərzində vulkanda 3 püskürmə, 127 qaz və kül püskürməsi baş verib. Son günlər vulkanın püskürmələrinin intensivliyinin artdığı bildirilib. Vulkanın səpdiyi külün yaşayış məntəqələrinə çatdığı, küllərin isə evlərin eyvanlarına və nəqliyyat vasitələrinə yığıldığı görülüb. Bundan əlavə, vulkanın yaxınlığında yerləşən Atliksko şəhərinin sakinləri şiddətli püskürmələr nəticəsində evlərinin şüşələrinin sındığını bildiriblər.

Vulkanda püskürmələrin davam edəcəyini vurğulayan səlahiyyətlilər kraterdən uzaq durmaq və sağlamlığa zərər verə biləcək kül yağışına qarşı tədbir görmək barədə xəbərdarlıq edib.

Bir ildən artıqdır ki, fəaliyyətini artıran Popocatepetl vulkanında ilin əvvəlindən bu yana 476 püskürmə baş verib. 2022-ci ildə vulkanda cəmi 113 püskürmə qeydə alınıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026