İraqda kazarmaya İŞİD terrorçuları hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
Məlumata görə, hücum avtomat silahdan istifadə edilməklə həyata keçirilib. Terrorçular ikisi zabit olmaqla 3 əsgəri öldürüb, 4 əsgər isə yaralanıb.
















