• Bakı 25° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

ABŞ Ukraynaya bu silahı versə… - Şoyqu

DÜNYA

12 Iyul 2023 | 00:10 | Müəllif: Subhan Mahmudov

ABŞ Ukraynaya bu silahı versə… - Şoyqu

Ukrayna hücum mövzusunu o qədər qızışdırıb ki, dünyanın üçdə biri iyulun 11-də Vilnüsdə NATO sammitinin başlamasını gözləyirdi.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu ABŞ-ın Ukraynaya kaset sursatları ötürəcəyi təqdirdə Kremlin cavab tədbirləri barədə danışarkən deyib.

“Nəhayət, onlar NATO sammitinə nə ilə gəldilər? İyunun 4-dən (əks-hücumun başlanmasından – red.) indiyədək düşmənin itkiləri 26 mindən çox hərbçi və 3000 müxtəlif silah-sursat təşkil edib”, - o bildirib.

O bildirib ki, ABŞ Ukraynaya kaset sursatları tədarük edərsə, Rusiya cavab olaraq oxşar silahlardan istifadə etməyə məcbur olacaq:

“Rusiyada da kaset bombaları var, onlar Amerikanınkından qat-qat effektivdir, onların diapazonu daha geniş və müxtəlifdir. Lakin bu silahların mülki əhali üçün yaratdığı təhlükəni dərk edən Moskva “xüsusi əməliyyat zamanı” onlardan istifadə etməkdən çəkinir”./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026