• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İranda poladəritmə zavodunda partlayış - Yaralananlar var

DÜNYA

10 Avqust 2023 | 20:36 | Müəllif: Subhan Mahmudov

İranda poladəritmə zavodunda partlayış - Yaralananlar var

İranın Şimali Xorasan əyalətində poladəritmə zavodunda baş verən partlayış nəticəsində azı 8 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Esfarayen” Sənaye Kompleksinin baş direktoru Əlireza Arqai məlumat verib.

Məlumata əsasən, kompleksin bir hissəsində qısamüddətli su sızması partlayışa səbəb olub.

Sənaye kompleksinin baş direktorunun sözlərinə görə, altı nəfərin xəsarətləri yüngül qiymətləndirilir, onların ambulator müalicələri aparılır. Daha iki nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri ağır yaralanıb.

Şirkət artıq avadanlıqların təmirinə başlayıb. Dəymiş maddi ziyanın miqdarı barədə hələlik məlumat verilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR