Ukrayna qoşunları Rusiyanın nəzarətində olan Zaporojye vilayətinin Tokmak şəhərini kassetli döyüş sursatlarından atəşə tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, raketlər biri fabrikə, digəri isə boş əraziyə düşüb.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.
















