• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə daxili aviareyslər yenidən bahalaşıb

DÜNYA

10 Avqust 2023 | 19:32 | Müəllif: Subhan Mahmudov

Türkiyədə daxili aviareyslər yenidən bahalaşıb

Türkiyədə bu yay ikinci dəfə daxili reyslər üçün maksimum qiymət səviyyəsi - 50% artırılaraq 2500 lirəyə (158 AZN) qaldırılıb.

Bakıvaxtı.az xəbər verir ki, artıq Türk Hava Yollarında bu qiymətə biletlər satışa çıxarılıb.

Bildirilir ki, təyyarədəki yerlərin 15%-i 2500 lirəyə, qalan 85%-i isə 1650 (104 AZN) lirəyə satıla bilər.

Qeyd edək ki, daha öncəki artım bir aydan az əvvəl olub - iyulun sonunda qiymətlər 43% qaldırılıb.

Xatırladaq ki, ilk dəfə daxili reyslər üçün maksimum qiymət 2013-cü ildə tətbiq edilib və 299 (19 AZN) lirə olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026