• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Ukrayna heç vaxt NATO-ya qəbul edilməyəcək" - Medvedev

DÜNYA

12 Iyul 2023 | 00:40 | Müəllif: Subhan Mahmudov

"Ukrayna heç vaxt NATO-ya qəbul edilməyəcək" - Medvedev

"Ukrayna heç vaxt NATO- ya qəbul edilməyəcək" .

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib özünün Telegram kanalında Şimali Atlantika blokunun Vilnüsdə keçirilən sammitinin qərarlarını şərh edərkən  yazıb .

“Ancaq qəbul edəcəklər nə vaxt və hansı şəraitdə bilinmir. Çox güman ki, heç vaxt. Bunu isə Alyansdakı realistlər ucadan söyləməyə çəkinirlər”.

İyulun 11-də məlum oldu ki, Şimali Atlantika blokundakı müttəfiqlər bununla razılaşdıqda və Kiyev “şərtlərə əməl etdikdə” NATO ölkələri Ukraynanı alyansa dəvət edəcəklər . NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə , sammitdə alyansın Ukraynanın üzvlüyü ilə bağlı fəaliyyət planını ləğv etməsi qərara alınıb, həmçinin “bütün şərtlər yerinə yetirildikdə” Kiyevi alyansa dəvət edəcəyinə söz verilib.

Ukrayna prezidenti Volodimir Zelenski təkcə NATO-ya daxil olmaq üçün deyil, sadəcə dəvət üçün vaxt çərçivəsinin müəyyən edilməməsini “görünməmiş və absurd” adlandırıb .


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR