• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Xerson atəşə tutuldu - Ölənlər var

DÜNYA

13 May 2023 | 11:45

Xerson atəşə tutuldu - Ölənlər var

Rusiya qoşunları ötən gecə Ukraynanın Xerson vilayətinə 445 mərmi atıb, nəticədə 2 nəfər həlak olub.

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, bunu mayın 13-də Xerson vilayəti Hərbi Administrasiyasının başçısı Oleksandr Prokudin bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu vilayət ərazisinə “Qrad”, tank, PUA, aviasiya və başqa hərbi texnikalardan 88 dəfə atəş açıb.

Ukraynanın Xmelnitski vilayəti Hərbi Administrasiyasının başçısı Sergey Tyurin isə deyib ki, Rusiya ordusu ötən gecə bölgədəki vacib infrastrukturlara hücum edib. Nəticədə 5 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026