• Bakı 25° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

ABŞ-dan Ermənistana XƏBƏRDARLIQ

DÜNYA

13 Aprel 2023 | 09:19

ABŞ-dan Ermənistana XƏBƏRDARLIQ

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki,  ABŞ maliyyə nazirinin birinci müavini Adevale Adeyemo Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanla görüşündə diqqəti Vaşinqtonun anti-Rusiya sanksiyalarından yayınmanın qarşısını almaq üçün gördüyü tədbirlərə yönəldib.

Bu barədə çərşənbə günü ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Sənədə əsasən, Adeyemo və Qriqoryan çərşənbə axşamı görüşüblər. Onlar Ermənistandakı son iqtisadi hadisələri müzakirə ediblər. Bəyanatda deyilir ki, Adeyemo həmçinin “ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının və ixrac nəzarətindən yayınmasının qarşısını almaq üçün Birləşmiş Ştatların qlobal səylərini vurğulayıb”.

O, Birləşmiş Ştatların ABŞ və Ermənistan arasında əməkdaşlığı davam etdirmək öhdəliyini təsdiqləyib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiya və Ermənistan da daxil olmaqla bir neçə ölkənin 28 müəssisəsinə ixrac məhdudiyyəti qoyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR