Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu ilin may ayında Çin Xalq Respublikasına dövlət səfəri planlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Aparatının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.
Tokayevin bu gün Çinin Qazaxıstandakı səfiri Çjan Syao ilə keçirilən görüşü zamanı 2023-cü ilin mayında Sian (Xian) şəhərində keçiriləcək “Mərkəzi Asiya + Çin” sammitinin təşkilinin aktuallığı və Qazaxıstan Prezidentinin Çinə planlaşdırılan dövlət səfəri məsələlərinə toxunulub.
Həmçinin ölkələr arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin, iqtisadiyyat, investisiya, mədəni-humanitar sahələrdəki əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.















