• Bakı 17° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Çavuşoğlu Avstriyaya gedəcək

DÜNYA

13 Aprel 2023 | 13:26

Çavuşoğlu Avstriyaya gedəcək

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 14 apreldə Avstriyaya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində Çavuşoğlu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Mariano Qrossi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Helqa Mariya Şmid ilə ikitərəfli görüşlər keçirəcək.

Bundan əlavə, o, Vyanada iftar proqramına da qatılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026