• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ukrayna yeni əraziləri AZAD ETDİ

DÜNYA

13 May 2023 | 12:24

Ukrayna yeni əraziləri AZAD ETDİ

Ukrayna ordusu Baxmut şəhərində Rusiya qoşunlarını azı daha bir kilometr geri sıxışdırıb.

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Böyük Britanyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son dörd gün ərzində Rusiyanın 72-ci əlahiddə motoatıcı briqadasının hissələri ağır itkilər verərək, eyni zamanda fiziki və mənəvi baxımdan zəifləmiş vəziyyətdə Baxmutun cənub cinahındakı mövqelərindən geri çəkilib.

Məlumata görə, Ukrayna ordusu Baxmutda azı bir kilometr ərazini azad ediblər.

Qeyd edək ki, ötən gün Baxmut şəhərinin 2 km ərazisinin Ukrayna müdafiəçiləri tərəfindən Rusiya hərbçilərindən azad etdildiyinə dair xəbər yayılmışdı.

Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin hərbçilərinin Baxmutda cinahları boşaltdığı və qaçdığı barədə video-açıqlama yaymışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026