• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

ÜST-dən şad xəbər

DÜNYA

14 Mart 2023 | 12:43

ÜST-dən şad xəbər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus əmindir ki, 2023-cü ildə COVID-19 pandemiyasına son qoyulacaq və bu xəstəliyə görə beynəlxalq fövqəladə vəziyyət rejimi aradan qaldırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, o, səhiyyəyə verdiyi töhfəyə görə medalla təltif edilərkən müvafiq bəyanatla çıxış edib. Bəyanatın mətni çərşənbə axşamı gecə ÜST-nin mətbuat xidməti tərəfindən yayılıb.

“Əminəm ki, bu il nə vaxtsa biz COVID-19-un ictimai səhiyyə sahəsində beynəlxalq narahatlıq doğuran fövqəladə hal və pandemiya kimi başa çatdığını söyləyə biləcəyik.

İndi biz, sözsüz ki, pandemiya zamanı olduğundan daha yaxşı vəziyyətdəyik”, - deyə Qebreyesus bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026