Türkiyənin qərbində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbərverir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat verib.
Zəlzələnin episentri İzmirdən 10 km cənubda, Egey dənizi sahilində yerləşir. Yeraltı təkanların dərinliyi 10 km olub.
















