• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Türkiyənin təhlükəsizlik qüvvələri terror aktı hazırlayan PKK üzvünü yaxalayıb

DÜNYA

07 Avqust 2022 | 10:04

Türkiyənin təhlükəsizlik qüvvələri terror aktı hazırlayan PKK üzvünü yaxalayıb

Suriyada “Fərat qalxanı” əməliyyatı bölgəsində terror aktının qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında yazıb.

Belə ki, Cerablusda təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı 10 kq partlayıcı ilə doldurulmuş bomba ələ keçirilib.

“Cerablusda terror aktı hazırlayan PKK/PYD terror təşkilatının üzvü “Fərat qalxanı” əməliyyatı bölgəsində ələ keçirilib”, - nazir yazıb.

Daxili İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, təhlükəsizlik və kəşfiyyat qüvvələrinin əlaqələndirilmiş fəaliyyəti sayəsində 10 kq partlayıcı ilə doldurulmuş bombadan istifadə etməklə terror aktının qarşısını almaq mümkün olub.

Faktla bağlı araşdırmalara başlanılıb.


Türkiyənin təhlükəsizlik qüvvələri terror aktı hazırlayan PKK üzvünü yaxalayıbTürkiyənin təhlükəsizlik qüvvələri terror aktı hazırlayan PKK üzvünü yaxalayıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026