UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin “Qarabağ”la oyunundan (3:1) sonra “Marsel”ə qarşı intizam işi açıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Fransa klubu tribunalarda qadağan olunmuş bannerin görünməsinə, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə və stadionlarda keçidlərin bağlanmasına görə günahlandırılır.
İşin tarixi daha sonra müəyyənləşəcək. Cavab oyunu fevralın 24-də Azərbaycanda keçiriləcək.
















