• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Noyer Kanın rekordunu qırdı

İDMAN

20 Mart 2022 | 15:20 | Müəllif: Subhan Mahmudov

Noyer Kanın rekordunu qırdı

"Bavariya"nın qapıçısı Manuel Noyer yeni rekorda imza atıb.

Bakıvaxtı.az qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı qolkiperin rekordu Bundesliqanın 27-ci turunda evdə "Union Berlin"ə 4:0 hesabı qalib gəldikləri görüşdə qeydə alınıb.

O, Bundesliqada 311-ci qələbəsini qazanmaqla Münhen təmsilçisinin sabiq qapıçısı Oliver Kanı (310) geridə qoyub. Noyer bunu 460, Kana isə 557 qarşılaşmada əldə edib.

Qeyd edək ki, Manuel Noyer 2006-cı ildən Bundesliqada çıxış edir. Almaniya millisinin üzvü "Bavariya"ya 2011-ci ildə "Şalke"dən keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026