• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xavi boykot çağırışı edənlərə səsləndi

İDMAN

18 Aprel 2022 | 20:11 | Müəllif: Subhan Mahmudov

Xavi boykot çağırışı edənlərə səsləndi

"Barselona"nın baş məşqçisi Xavi komandanın azarkeşlərindən "Kadis"lə bugünkü matç üçün boykotu ləğv etməyi xahiş edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Klubun fəal fanatları Avropa Liqasının 1/4 final mərhələsində “Ayntraxt”la oyunda rəqibin 30.000-dən çox azarkeşinin iştirakına görə “Kadis” lə bugünkü oyunu boykot etmişdilər. “Barsa” rəhbərliyi isə həmin azarkeşlərlə əlaqə saxlayıb, onların fikirlərini dəyişməyi və matça gəlmələrini istəyib. Xavi isə onun xatirinə fanatları "Kamp Nou"ya gəlməyə çağırıb. Azarkeşlər yaxın bir neçə saat ərzində yekun qərar verəcəklər.

Qeyd edək ki, "Barselona" ilk matçda "Ayntraxt"la 1:1 hesablı heç-heçə edib. Cavab görüşündə Kataloniya klubu 2:3 hesabı ilə uduzub və nəticədə turnirdə mübarizəni dayandırıb. Həmin oyundu tribunadan Almaniya təmsilçisinin 30 min azarkeşi izləyib. (qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026