• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qalatasaray” öz meydanında qalib gəldi - VİDEO

İDMAN

19 Aprel 2022 | 00:42 | Müəllif: Subhan Mahmudov

“Qalatasaray” öz meydanında qalib gəldi - VİDEO

Futbol üzrə Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, turun son oyununda “Qalatasaray” evdə aşağı dəstəyə düşməsi dəqiqləşən “Yeni Malatyaspor”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Cim-Bom”un heyətində qolları 51-ci dəqiqə Rayan Babel və 53-cü dəqiqədə Halil Dervişoğlu vurublar.

Bu qələbədən sonra xallarını 44-ə çatdıran “Qalatasaray” 12-ci sıraya yüksəlib. 20 xalı olan “Yeni Malatyaspor” isə sonuncu - 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 72 xalla “Trabzonspor” başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR