• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Özil "Fənərbaxça"dan ayrılır? - Açıqlama

İDMAN

18 May 2022 | 22:00 | Müəllif: Subhan Mahmudov

Özil "Fənərbaxça"dan ayrılır? - Açıqlama

"Fənərbaxça"nın futbolçusu Mesut Özilin meneceri Erkut Söğüt oyunçunun gələcəyi haqda danışıb.

Bakıvaxtı.az "Radyospor"a istinadən xəbər verir ki, o, türkəsilli alman yarımmüdafiəçinin müqaviləsi başa çatana qədər İstanbul təmsilçisində qalacağını deyib: "Mesut iki il daha "Fənərbaxça"da oynayacaq. O, bu komandaya uzun müddətlik gəlib. Biz müqaviləni 1 il üçün imzalamamışıq. Hazırkı vəziyyəti heç kim istəməzdi. Ancaq o, bu klubda oynamağa davam edəcək".

Qeyd edək ki, M.Özil iki aydır əsas komandadan kənarlaşdırılıb. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Özil və Tufan məşq zamanı baş məşqçi İsmail Kartalla mübahisə etdiyi üçün cəzalanıb.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR