• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ"ın "Lex"lə oyunlarının vaxtı dəqiqləşdi

İDMAN

17 Iyun 2022 | 14:17

"Qarabağ"ın "Lex"lə oyunlarının vaxtı dəqiqləşdi

"Qarabağ"ın Polşanın "Lex" klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.

Bakıvaxtı.az Poznan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar"ın ilk matçı iyulun 5-də səfərdə olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Cavab görüşü isə 1 həftə sonra Bakıda gerçəkləşəcək və saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026