"Barselona"nın baş məşqçisi Xavi komanda ilə birgə ABŞ-a gedə bilməyib.
Bakıvaxtı.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna onun İranın paytaxtı Tehrana üç dəfə getməsi səbəb olub. Buna görə mütəxəssis təyyarəyə buraxılmayıb. Bildirilib ki, xarici pasportunda İran möhürü olan şəxslər ABŞ-da giriş zamanı problem yaşayırlar.
Xavi ancaq xüsusi icazə ilə komandanın başında yer ala biləcək.
















