• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Keyn Aqueronun rekordunu təkrarladı

İDMAN

15 Avqust 2022 | 12:57

Keyn Aqueronun rekordunu təkrarladı

"Tottenhem"in futbolçusu Harri Keyn "Mançester Siti"nin sabiq oyunçusu Serxio Aqueronun rekordunu təkrarlayıb. 

Bakıvaxtı.az "Opta"ya istinadən xəbər verir ki, o, buna ötən gün Premyer Liqanın 2-ci turnda "Çelsi" ilə matçın (2:2) 90+6-cı dəqiqəsində fərqlənməklə nail olub. O, "Tottenhem"in heyətində yerli çempionatda 184-cü qolunu vurub. Nəticədə Keyn Premyer Liqada bir klubda ən çox qol vuran futbolçu rekordunu təkrarlayıb. Belə göstəriciyə ilk dəfə Serxio Aquero "Mançester Siti"nin heyətində çatıb. 

Qeyd edək ki, Aqero 2011-2021-ci illərdə "şəhərlilər"də oynayıb. Keyn isə 2009-cu ildən "Tottenhem"in futbolçusudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026