• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Nant"-ın Bakıya səfər proqramı məlum oldu

İDMAN

13 Sentyabr 2022 | 17:33

"Nant"-ın Bakıya səfər proqramı məlum oldu

UEFA Avropa Liqasının G qrupunun II turunda "Qarabağ"ın qonağı olacaq Fransanın "Nant" komandasının Bakıya səfər proqramı bəlli olub.

Bakıvaxtı.az  "actu.fr" saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi bu gün saat 22:00-da Azərbaycan paytaxtında olacaq.

Sentyabrın 14-də komandanın baş məşqçisi Antuan Kambuarrenin oyun öncəsi mətbuat konfransı keçiriləcək. Ardınca isə media üçün ilk 15 dəqiqəsi açıq məşq prosesi baş tutacaq.

"Nant" qarşılaşmadan dərhal sonra Fransaya qayıdacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026