• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu komanda ilə oynamaq istəməyənlər cəzalanacaq

İDMAN

13 Oktyabr 2022 | 10:06

Bu komanda ilə oynamaq istəməyənlər cəzalanacaq

AVRO-2024-ün seçmə mərhələsində Kosovo ilə oyundan imtina edən komandaları UEFA cəzalandıracaq.

Bakıvaxtı.az  saytı xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hər hansı bir yığma Kosovo ilə oynamaq istəməsə, turnirdən kənarlaşdırıla bilər: “Hansısa assosiasiya oynamaqdan imtina edərsə, matçın baş tutmamasına görə məsuliyyət daşıyacaqsa, UEFA Nəzarət, İntizam və Etika Komitəsinə cəlb olunacaq. Komitə həmin assosiasiyaya qarşı əlavə intizam tənbehi görəcək və o ölkənin yığması turnirdən qovula bilər”.

Qeyd edək ki, Kosovo millisi AVRO-2024-ün seçmə mərhələsində Andorra, Belarus, İsrail, Rumıniya və İsveçrə ilə İ qrupda mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR