• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Bavariya” Çempionlar Liqasında rekorda imza atdı

İDMAN

13 Oktyabr 2022 | 10:51

“Bavariya” Çempionlar Liqasında rekorda imza atdı

“Bayern” qrup mərhələsinin oyunlarında ən uzun məğlubiyyətsizlik seriyasına görə Çempionlar Liqasının rekordunu qırıb.

Bakıvaxtı.az xəbər verir ki, Almaniya klubu Çempionlar Liqasının qrup mərhələsində ardıcıl 11 oyunda qalib gəlib.

Əvvəllər turnirdə iştirak edən komandaların heç biri belə nailiyyət əldə edə bilməyib.

Belə ki, oktyabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun oyununda “Bavariya” Çexiyanın “Viktoriya” (Plzen) komandasını 4:2 hesabı ilə məğlub edib.

“Bayern” 4 oyundan sonra 12 xalla C qrupunun turnir cədvəlinə başçılıq edir. Münhenlilər beşinci turda “Barselona” ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026