• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Simeonedən gələcəyi ilə bağlı açıqlama

İDMAN

13 Oktyabr 2022 | 00:14 | Müəllif: Subhan Mahmudov

Simeonedən gələcəyi ilə bağlı açıqlama

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone gələcəyi ilə bağlı danışıb.

Bakıvaxtı.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı  mütəxəssis Madrid klubundan ayrılmaq fikrində olmadığını bildirib: "Mən "Atletiko"dan heç yerə getmirəm, buradayam. Hiss edirəm ki, həmişə olduğu kimi eyni dəstəyə sahibəm. Bu yaxınlarda məndən özümü başqa yerdə görə biləcəyimi soruşdular... Cavabım belə oldu: "Xeyr, qətiyyən".

Qeyd edək ki, "Atletiko" La Liqada hazırda 16 xalla 4-cü pillədə qərarlaşıb.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026