• Bakı 20° C

    2.65 m/s

"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarıldı

İDMAN

13 Oktyabr 2022 | 12:17

"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarıldı

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün əlavə biletlər satışa çıxarılıb.

Bakıvaxtı.az "köhlən atlar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, buna qonaq komandanın azarkeşlərinin matça gəlməməsi səbəb olub.

Klublar arasında əldə olunmuş razılığa əsasən, 28-ci sektorun biletləri də satışa çıxarılıb. Biletlər Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, Iticket.az-ın satış məntəqələrində (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır.

Xatırladaq ki, 30, 31, 37 və 38-ci sektorlara biletləri yalnız kassalardan əldə etmək mümkündür. Kassalar saat 17:00-adək fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR