"Şamaxı"nın futbolçusu Amil Yunanov Türkiyədə əməliyyat edilib.
Klubun mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Premyer Liqanın 5-ci turuda "Turan Tovuz"la görüşdə zədələnən hücumçunun ayaq əzələsində yırtıq aşkarlanıb. O, bu səbəbdən əməliyyat olunub.
Yunanov ən azı bir ay meydana çıxa bilməyəcək.
















