• Bakı 19° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Haalandın "Mançester Siti"dəki maaşı

İDMAN

14 Sentyabr 2022 | 06:38 | Müəllif: Subhan Mahmudov

Haalandın "Mançester Siti"dəki maaşı

"Mançester Siti"nin yeni transeri Erlinq Haalandın klubdakı maaşı açıqlanıb.

Bakıvaxtı.az  "The Sun"a istinadən xəbər verir ki, norveçli hücumçu Mançester klubunda həftəsinə 433 min avro və ya ilinə 22,5 milyon avro qazanır. Bununla da, o, klubda hazırda ən çox maaş alan 2-ci futbolçudur. Bu göstəricidə ilk pillədə Kevin De Brüynedir (həftəlik 462 min avro, illik 24 milyon avro).

Qeyd edək ki, Haaland bu mövsüm "Mançester Siti"də meydana çıxdığı 8 matçda 12 qol vurub, 1 qolun ötürməsini verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR