• Bakı 16° C

    1.87 m/s

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

İDMAN

14 Sentyabr 2022 | 00:18 | Müəllif: Subhan Mahmudov

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında növbəti uğura imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, yarışda 9 idmançı ilə təmsil olunan yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Milli üzvlərindən 5-i fəxri kürsüyə qalxıb. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, Türkiyə millisi 125 xalla bütün rəqiblərini qabaqlayıb. Meydan sahibləri isə 110 xalla 3-cü olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026