"Liverpul"un sabiq qapıçısı Loris Karius karyerasını "Nyukasl"da davam etdirəcək.
Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı qolkiper yeni klubu ilə gələn ilin yanvarına qədər müqavilə imzalanıb. Müqavilənin mövsümün sonuna qədər uzadılması variantı da nəzərdə tutulub.
Qeyd edək ki, Karius Mersisayd klubundan bu yay azad agent kimi ayrılıb.
















