• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mbappe PSJ-nin tarixinə düşdü

İDMAN

12 Oktyabr 2022 | 09:14

Mbappe PSJ-nin tarixinə düşdü

Kilian Mbappe Fransanın PSJ klubunun UEFA Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub.

Bakıvaxtı.az xəbər verir ki, 24 yaşlı hücumçu buna evdə Portuqaliya "Benfika"sı ilə 1:1 hesablı heç-heçə etdikləri qrup mərhələsinin IV tur oyununda yiyələnib.

39-cu dəqiqədə penaltidən fərqlənən fransalı forvard Paris təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirindəki qollarının sayını 31-ə çatdırıb. Mbappe hazırda İspaniya "Valensiya"sında çıxış edən Edinson Kavanini (30 qol) geridə qoyub.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026