• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

PSJ Mbappeni  satmaq istəyir

İDMAN

12 Oktyabr 2022 | 14:39

PSJ Mbappeni satmaq istəyir

Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeni 400 milyon avroya satmağa hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə portuqaliyalı insayder Antero Enrike özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, bir neçə klub 24 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

Daha əvvəl Mbappenin 2023-cü ilin yayında Paris təmsilçisindən ayrılmaq istədiyi bildirilib. İddiaya görə, forvard klub rəhbərliyindən onu buraxmasını xahiş edib. Buna səbəb tərəflər arasında münasibətlərin tamamilə korlanmasıdır.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm PSJ-nin heyətində 13 oyuna çıxıb və 12 qol vurub. Onun müqaviləsi 2025-ci ildə başa çatmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR