• Bakı 24° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.6368

    RUB - 0.0296

"Qarabağ" - "Viktoriya" oyununun hakimləri açıqlandı

İDMAN

15 Avqust 2022 | 10:06

Qarabağ - Viktoriya oyununun hakimləri açıqlandı

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Slavko Vinçicə Tomaz Klancnik və Andraj Kovacic laynsmanlar qismində köməklik göstəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

VAR hakimləri Nejc Kajtazovic və Jure Praprotnik olacaq.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.


SON XƏBƏRLƏR

26 Sentyabr 2022