• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İki güləşçimiz ermənilərə qalib gələrək finala yüksəldi

İDMAN

17 Iyun 2022 | 18:56 | Müəllif: Subhan Mahmudov

İki güləşçimiz ermənilərə qalib gələrək finala yüksəldi

Azərbaycanın 2 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının yarımfinalında erməni rəqiblərinə qalib gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, 48 kq-da Vasif Bağırov Saşa Petrosyanı 5:0, 55 kq-da yer alan Camal Abbasov isə Artavazd Harutyunyanı 10:2 hesabı ilə məğlub edərək finala yüksəliblər.

Qeyd edək ki, bu gün həmçinin 65 kq-da İlyas İsayev, 80 kq-da Şəmistan Axundov və 110 kq-da Yusif Dursunov yarımfinal görüşlərinə çıxacaqlar. Onlar finala gedən yolda müvafiq olaraq, türkiyəli Fatih Acar, macarıstanlı Peter Şombor Şivnovski və fransalı Levan Laqvilava ilə üz-üzə gələcəklər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026