"Tottenhem" heyətini yeni futbolçu ilə gücləndirib.
Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi "Brayton"dan Yves Bissoumanı transfer edib. 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
"Tottenhem"in malili oyunçu üçün 29 milyon avro təzminat ödədiyi bildirilir.
Qeyd edək ki, Bissouma 2018-ci ildən "Brayton"da oynayırdı.
















