• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Messi və Poçettino arasında gərgin münasibət

İDMAN

18 May 2022 | 22:37 | Müəllif: Subhan Mahmudov

Messi və Poçettino arasında gərgin münasibət

PSJ-nin hücumçusu Lionel Messi ilə baş məşqçi Maurisio Poçettino arasında gərgin münasibətlər var.

Bakıvaxtı.az "L'Équipe"yə istinadən xəbər verir ki, argentinalı hücumçu mütəxəssisin işinə heyran deyil. O, yeni baş məşqçinin gəlişini gözləyir və gələcək perspektivlərini dəyərləndirir.

Lionel Messi "Barselona"dan kənarda da uğur qazana biləcəyini sübut etmək istəyir. Bununla belə, 34 yaşlı hücumçu bunun üçün Maurisio Poçettinonun klubu tərk etməli olduğunu düşünür. Ona görə də Messi ilə Poçettino arasında münasibətlər getdikcə soyuqlaşır və gərginləşir.

Xatırladaq ki, Messi 2021-ci ilin yayında azad agent kimi PSJ-yə keçmişdi. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026