• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Obameyanq millidəki karyerasını başa vurdu

İDMAN

19 May 2022 | 00:26 | Müəllif: Subhan Mahmudov

Obameyanq millidəki karyerasını başa vurdu

"Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanq  Qabon millisindəki karyerasını başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 32 yaşlı oyunçu Qabon Futbol Federasiyasına göndərdiyi məktubunda bildirib:

“Ölkəmi təmsil etməkdən qürur duyduğum 13 ildən sonra beynəlxalq karyeramı bitirdiyimi elan edirəm.

Qabon xalqına və həm yaxşı, həm də pis gündə mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Milli komandada debüt etdiyim gün və ya Nigeriyadan Afrika Qızıl Topu ilə qayıtdığım gün kimi çoxlu xoş xatirələrim olacaq. Hər zaman milli komandaya dəstək olan, ölkəmizdə futbolun inkişafı üçün çalışan prezidentimiz Ali Bonqo Ondimbaya təşəkkür edirəm. Karyeramda tanış olduğum bütün məşqçilərimə və komanda yoldaşlarıma da təşəkkür edirəm. Nəhayət, mənə özü kimi edən atama minnətdaram. Ümid edirəm ki, bu rəngləri geyinməklə onu qürurlandırmışam” .

Qeyd edək ki, Obameyanq Qabon millisində 72 oyun keçirib və yığmanın kapitanı olub. (Qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026