• Bakı 12° C

    1.97 m/s

Ukrayna Belarusa xəbərdarlıq etdi

DÜNYA

25 Avqust 2024 | 23:07 | Müəllif: Subhan Mahmudov

Ukrayna Belarusa xəbərdarlıq etdi

Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Belarus-Ukrayna sərhədi yaxınlığında Belarus Respublikasından olan qoşunların yüksək konsentrasiyası var.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Nazirliyin məlumatına görə, Minsk öz qüvvələrinin hərəkətlərini guya reallığa uyğun gəlməyən təlimlərlə izah edir.

"Biz Belarus rəsmilərini Moskvanın təzyiqi altında faciəvi səhvlərə yol verməməyə və qoşunları sərhədimizdən çıxarmağa çağırırıq", - məlumatda deyilir.

Ukrayna XİN əlavə edib ki, söhbət təkcə qoşunların gözlənilən artırılmasından deyil, həm də silah və müxtəlif texnikanın artan konsentrasiyasından gedir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026