• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Livanda BMT-nin iki əməkdaşı həlak olub

DÜNYA

24 Sentyabr 2024 | 19:51 | Müəllif: Subhan Mahmudov

Livanda BMT-nin iki əməkdaşı həlak olub

İsrailin Livanın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) əməkdaşı və təşkilatın müqaviləli işçisi həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun Livandakı nümayəndəliyinin bəyanatında bildirilir.

“BMT QAK Livandakı QAK ailəsinin iki əziz üzvünün ölümündən qəzəb və dərin kədərini ifadə edir”, - bəyanatda deyilir.

Qeyd olunur ki, Livanın şərqindəki Bekaa vadisində BMT QAK-ın ofisində 12 il işləyən Dina Dərvişin ailəsinin yaşadığı evə İsrailin atdığı raketin düşməsi nəticəsində o, kiçik oğlu ilə birlikdə həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR