• Bakı 12° C

    11.34 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Ukrayna PUA-ları Rusiya neft stansiyasına hücum etdi

DÜNYA

21 Mart 2023 | 17:41

Ukrayna PUA-ları Rusiya neft stansiyasına hücum etdi

Ukraynaya məxsus PUA Rusiyanın Novozıbkov neft nasos stansiyası ərazisinə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz deyib.

"Ukrayna Silahlı Qüvvələri PUA-ların köməyi ilə "Transneft" Səhmdar Cəmiyyətinin "Novozıbkov" neft nasos stansiyasının ərazisinə hücum edib. Tələfat yoxdur", - o bildirib.

Boqomaz qeyd edib ki, təcili xilasetmə xidməti hadisə yerindədir:

"Əməliyyat tədbirləri müddətində təhlükəsizliyin təmin edilməsi məqsədilə Mamay, Trostan, Drujba, Novskoye, Dubrovka qəsəbələrində elektrik enerjisi kəsilib. Əməliyyat-istintaq tədbirləri həyata keçirildikdən sonra elektrik enerjisinin verilişi bərpa olunacaq".


SON XƏBƏRLƏR

16 Oktyabr 2025