• Bakı 14° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu şəhərlərdə məktəbə hücum oldu

DÜNYA

20 Aprel 2023 | 15:43

Bu şəhərlərdə məktəbə hücum oldu

Güney Azərbaycanın Urmiya və Həmədan şəhərlərində qızlar məktəbinə kimyəvi maddə ilə hücum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.

Bildirilib ki, İranın müxtəlif şəhərlərində qızların təhsil aldıqları 7 məktəbə Tehran hakimiyyətinin kimyəvi maddə ilə hücumu nəticəsində çoxlu sayda məktəbli zəhərlənib. Belə ki, Güney Azərbaycanın Urmiya şəhərinin 12-ci rayonunda qızların “Nəsim”, “Nasiri” və “Abuzər” məktəbləri Tehran hakimiyyətinin kimyəvi hücumuna məruz qalıb. Bundan başqa, İranın paytaxtı Tehran, İslamşəhr, Güney Azərbaycanın Həmədan şəhərindəki qızlar məktəblərinə də kimyəvi hücum olub.

Məlumata görə, zəhərlənməyə etiraz edənlərin valideynləri və yaxınlarına qarşı hərbi-polis qüvvələri gözyaşardıcı qaz tətbiq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026