Ukrayna qüvvələrinin pilotsuz uçuş aparatları iyunun 19-u və 20-də Qazaxıstan ərazisindən keçib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Moskva Ukraynanın Qazaxıstanın hava məkanından Rusiya ərazisindəki obyektləri hədəf alan PUA uçuşlarını pisləyir. İyunun 19-u və 20-də Ukrayna qüvvələrinə məxsus bir neçə PUA-nın Qazaxıstanın ərazisi üzərində uçuşu qeydə alınıb, görünür, Rusiyaya zərbələr endirmək məqsədi ilə. Biz müttəfiqimizə və KTMT üzvünə qarşı belə hərəkətləri qətiyyətlə pisləyirik", - o bildirib.
Qeyd edək ki, Ukrayna silahlı qüvvələrinin istifadəsində olan Böyük Britaniyaya məxsus pilotsuz uçuş aparatının Qazaxıstan ərazisində tapılması barədə məlumat yayılıb.