“Azərbaycan hökumətinin müvafiq qurumları və Azərbaycan diaspora təşkilatları Ukraynada iş başındadır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev bildirib.
Deputat qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq azərbaycanlıların Ukraynadan təxliyəsi davam etdirilir: “Azərbaycan hökuməti və diaspora təşkilatları bu istiqamətdə planlı və davamlı fəaliyyət göstərirlər”.
Qeyd edək ki, sabah saat 11:00’da Kiyevdən avtobusla İstanbul şəhərinə azərbaycanlıların təxliyəsi planlaşdırılır.
Kiyev-İstanbul reysinin biletləri Kiyev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlılatı Radasının təsisçisi və İdarə heyətinin üzvü Oleq Krapivin tərəfindən ödəniləcək.
İlk növbədə uşaqlar, yaşlılar, xanımlar və ailəli olanlar yola salınacaqlar.
Kiyevdən İstanbula təxliyə olunmaq istəyənlər bu nömrə ilə əlaqə saxlasınlar: +380 (98) 949 70 38
Xatırladırıq ki, İstanbuldan Bakıya getmək istəyənlər ancaq öz hesablarına gedə biləcəklər!
Ramid İbrahimov
















