• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Çoxmənzilli binalarda sənədlərlə bağlı vahid informasiya bazası yaradılacaq

SİYASƏT

04 Aprel 2022 | 17:41

Çoxmənzilli binalarda sənədlərlə bağlı vahid informasiya bazası yaradılacaq

Çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazası yaradılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi ilə birlikdə 2022─ 2024-cü illərdə tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması, bu istiqamətdə daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsini təmin etməlidir.

Bunun üçün vahid informasiya bazasının yaradılması, daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflər toplanılacaq, vahid informasiya bazası yaradılacaq və daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflər təqdim ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026