Son sutkada Ukraynada koronavirusa yoluxanların sayı kəskin artıb.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda Ukraynada 18 479 yeni yoluxma faktı qeydə alınıb. Yanvarın 19-da bu sayın 12 815 olduğu bildirilib. İndiyədək ölkədə ümumilikdə 3 799 382 nəfər koronavirusa yoluxub.
Son sutkada Ukraynada virusdan 131 nəfər ölüb. Bununla ölkədə COVID-19-dan ölənlərin sayı 98 843 nəfər. yüksəlib.
















